İsrail xüsusi xidməti Trampı dinləyirmiş –

Ağ Ev yaxınlığında casus qurğuları tapıldı (QALMAQAL)
12 Sentyabr 2019 - 22:32

ABŞ hökuməti Ağ Ev və digər strateji obyektlərin yaxınlığında mobil telefon danışıqlarını izləyə biləcək qurğular aşkar edib.

 Azpost.info bildirir ki, bu barədə “Politiko” etibarlı mənbələrə istinadən məlumat yayıb. Tramp administrasiyası casus qurğularının İsrail tərəfindən quraşdırılmasından şübhələnir. “StingRays” adlı izləmə qurğusu mobil operatorların hündür qüllələrində yerləşdirilib. Qurğu siqnalları qəbul edə, abonentin olduğu yer barədə məlumat göndərə və danışıqlara qulaq asa bilir.

“Qurğu çox güman ki, Trampı izləmək üçün nəzərdə tutulub”-deyə sabiq məmurlardan biri deyib.