İsraildən Səudiyyə Ərəbistanına birbaşa uçuşlar planlaşdırılır

Həcc ziyarəti üçün İsraildən Səudiyyə Ərəbistanına birbaşa uçuşlar planlaşdırılır. Hazırda İsrail və Səudiyyə rəsmiləri birbaşa reyslərin mümkünlüyünü müzakirə edirlər

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazıb.

Söhbət, İsrailin fələstinli və digər müsəlman vətəndaşlarından gedir. Danışıqların Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin qurulması çərçivəsində və Co Baydenin iyulun ortalarına planlaşdırılan Yaxın Şərq turu ərəfəsində ABŞ-ın vasitəçiliyi ilə keçirildiyi bildirilir.

İsrail mətbuatının məlumatına görə, hər il ölkədən təxminən 6 min fələstinli Həcc ziyarətinə gedir. Səudiyyə Ərəbistanına çatmaq üçün iki ölkə arasında müntəzəm birbaşa uçuşların olmaması səbəbindən İordaniyada təyyarə dəyişməli olurlar. Ötən ilin oktyabrında İsrail və Səudiyyə arasında əlaqələrin qurulması çərçivəsində ilk kommersiya uçuşları həyata keçirilib. Bu sınaq uçuşları 2020-ci ilin sentyabrında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasına dair “İbrahim müqaviləsi”nin nəticəsi idi.

Azpost.info

Əvvəlki məqalə

Vəkil Elçin Qənbərov həbs edilib –

Sonrakı məqalə

“Rusiyada təhlükəsizlik tədbirləri gücləndirilib” –