“Çin İsrail-Fələstin münaqişəsinin gərginləşməsindən son dərəcə narahatdır və iki tərəf arasında sülh danışıqlarının tezliklə bərpa olunmasının tərəfdarıdır”.
Azpost.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Qin Qanq deyib.
O, israilli və fələstinli həmkarları ilə telefon danışıqlarında bildirib ki, Pekin regionda sülhün təşviqində konstruktiv rol oynamağa hazırdır.
“Çin İsrail və Fələstin arasında yaşanan gərginlikdən narahatdır və hazırda əsas məsələ nəzarət etmək və münaqişənin gərginləşməsinin və hətta nəzarətdən çıxmasının qarşısını almaqdır”, – Çin XİN-dən bildiriblər.
Azpost.info