“Elza Seyidcahan istər şairə, istərsə də müğənni kimi çox istedadlı və bacarıqlı xanımdır”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri İsa Qəmbər pressklub.tv-də çıxışında müğənninin AYB üzvü qəbul olunması ilə bağlı qalmaqalı şərh edərkən deyib.
İ.Qəmbər E.Seyidcahanı “ekstravaqant addımlar atan” şəxs kimi xarakerizə edib: “Elza xanım ölkədəki duruma baxır və populyarlaşmaq, sözünün və sənətinin xalqa çatması üçün müəyyən ektsavaqant addımlar atmağın zərurliyini hiss edir. Epotajla məşğul olur, gözlənilməz sözlər deyir, bəzən heç kimin qəbul edə bilmədiyi şeir söyləyir, fərqli mahnılar oxuyur”.
İ.Qəmbər bildirib ki, fərqli insanlara rəğbətlə yanaşır: “Elza Seyidcahan da fərqli insandır. Onun poetik fəaliyyətinin AYB-yə üzv qəbul olmağa imkan verib vermədiyi başqa məsələdir. Bu barədə qərarı mənim kimi diletantlar yox, bu sahənin biliciləri verə bilər”.
Milli Məclisin sabiq sədrinin sözlərinə görə, ölkədə müxtəlif yazıçılar birlikləri olsaydı o zaman Elza xanımın da hansısa biriliyə daxil olması belə ajiotaj yaratmazdı: “Sovet sistemi ilə yazıçıları kolxoz halına gətirmək, onları bir idarədə birləşdirmək və bunun indiyə qədər davam etməsi xoşagələn hal deyil. Ona görə cəmiyyətdə birmənalı qarşılanmayan şairənin AYB-yə üzv qəbulu rezonans yaradır”.
İ.Qəmbər onu üzvlük biletini təqdim etdiyinə görə tənqid olunan xalq yazçısı Çingiz Abdullayevi “maraqlı şəxsiyyət” adlandırıb: “Azərbaycanın dünyada tanınan, əsərləi ən çox satılan yazıçısıdır. O rusdilli olduğu üçün fikirlərini bəzən aydın şəkildə cəmiyyətə çatdrıa bilmir. Anar məncə bu məsələyə çox adekvat şəkildə izahat verdi”.
İ.Qəmbər bildirib ki, o fərqli insanların tərəfindədir.
Qeyd edək ki, müğənni Elza Seyidcahanın Azərbaycan Yazışılar Birliyinə üzv qəbul edilməsi geniş rezonans doğurub.
Azpost.info