“İstanbul sammitində Şeyxülislam sülhə və dialoqa çağırdı” –ŞAMİL AYRIM

“İstanbulda keçirilmiş 25-ci Avrasiya Sammitinin gündəliyində dəyərli fikirlər yer aldı. Ümid edirəm ki, təkliflərdən ən geniş şəkildə faydalanılacaq”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım zirvə görüşünün nəticələri barədə danışarkən deyib.

Ş.Ayrım bildirib ki, Zirvə görüşündə enerji, iqlim dəyişikliyi, miqrasiya və ərzaq təhlükəsizliyi kimi bu günün aktual problemləri, həmçinin Rusiya-Ukrayna böhranının bütün bu sahələrə təsirləri müzakirə edilib.

Qeyd edək ki, Avrasiya Sammitində 42 dövlət təmsil olunub. Azərbaycandan zirvə görüşünə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Ş.Ayrımın sözlərinə görə, Şeyxülislamın Zirvə toplantısında çıxışında vacib məsələlərə toxunub. “Möhtərəm Şeyxülislam xüsusilə dünyanı sülhə və dialoqa çağırdı. O, bəşəriyyətin ən çox buna ehtiyacı olduğunu vurğuladı”.

Şamil Ayrım deyib ki, QMİ sədrinin qlobal ərzaq böhranı və iqlim dəyişikliyi ilə bağlı çıxışı ilə də diqqət çəkib.

“Mərmərə Vəqfinin təsisçisi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirakına və dəyərli çıxışlarına görə səmimi qəlbdən təşəkkür edirəm”-deyə millət vəkili bildirib.

İyunun 7-8-9-da İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Sammitinə 43 ölkədən nümayəndə heyəti qatılıb.

Prezident Ərdoğanın, 11-ci Prezident Abdullah Gülün, Türkdilli Dövlətlər Təşkilatının Ağsaqqalar Şurasının sədri Binəli Yıldırımın təbrikləri açılan 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xarici işlər nazirinin köməkçisi Yavuz Səlim Kıran, İstanbul millət vəkili Şamil Ayrım, sabiq xarici işlər naziri Hikmət Çətin və digər rəsmilər iştirak edib.

12 dövlət başçısının iştirak etdiyi 25-ci Avrasiya İqtisadi Zirvə toplantısında xaricdən yüksək dövlət və iş adamları qatılıb. Azərbaycandan QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti  iştirak edib.

Əvvəlki məqalə

Urmiyə gölü sürətlə quruyur –

Sonrakı məqalə

Facebook və İnstagram uşaqlara zərər verməkdə ittiham olunur