İstanbulda 1 milyard saxta dollar çap edən şəxslər saxlanılıb

İstanbul Jandarma Komandanlığı qrupları saxta 1 milyard dollar çap edərək Afrika ölkələrinə göndərməyə hazırlaşan şəxsləri saxlayıb.

Əməliyyat zamanı 1 Türkiyə, 3 İsveç, 1 Büyük Britaniya və 1 Qana vətəndaşı saxlanılıb.

Hüquq Mühafizə Orqanları əməkdaşları müəyyən edilmiş ünvanlarda axtarış apararaq seyflərdə 100 əskinas şəklində cəmi 1 milyard dollarlıq saxta pul ələ keçirilib.

Müsadirə edilən saxta pulun “Cümhuriyyət tarixində bir anda ələ keçirilən ən yüksək məbləğ” olduğu da bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.