İstanbulda erməni kilsəsində yanğın olub, 2 nəfər ölüb

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki erməni katolik kilsəsində yanğın olub.

Bu barədə “Haber Türk” məlumat yayıb.

Yanğınsöndürənlərin yanğını söndürüb. 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisənin başvermə səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Beyoğlu rayon valisi Mustafa Dəmirəlli və Türkiyə Erməni Katolik İcmasının Ruhani Rəhbəri Levon Zekiyan bölgəyə gələrək vəziyyətlə tanış olublar.

Qeyd olunub ki, hadisə baş verən zaman 4 nəfər təxliyə edilib.

Hazırda iki nəfərin taleyi barədə məlumat yoxdur.

Əvvəlki məqalə

Nazirlik erməni tennisçinin təxribatı ilə bağlı bəyanat yayıb

Sonrakı məqalə

Ceyhun Bayramov Özbəkistana getdi