İstanbulda Ukrayna taxılı ilə bağlı danışıqlar başlayıb- Rusiya, Ukrayna, Türkiyə və BMT arasında

İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı danışıqlar başlayıb.

Azpost.info xəbər verir ki, danışıqlarda Rusiya, Ukrayna, Türkiyə və BMT rəsmiləri iştirak edir.

Görüş bağlı qapılar arxasında keçirilir və yeri açıqlanmır.

Məlumatlı mənbə bildirib ki, bugünkü görüşdə konsensusa ümidlər böyükdür. O qeyd edib ki, danışıqlar zamanı Moskvanın ehtiyat etdiyi məqamlar, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün sığorta, logistika və bank sektorunda sanksiyaların olması da nəzərə alınır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.