İsti hava insanları kütləşdirir, ağlı başdan alır, cinayətə meyllilik yaradır –ABŞ alimlərinin araşdırması

İsti havalar insanı kütləşdirir, beyninin fəaliyyətini aşağı salır, cinayətə meyli artırır.

Azpost.info bildirir ki, bu barədə Vaşinqton Universitetinin saytında yerləşdirilən ABŞ tədqiqatçılarının araşdırmasında deyilir.

Uzun müddətdir ki, isti hava ilə antisosial davranış arasında əlaqə alimləri maraqlandırır. Psixoloqlar və digər ekspertlər yüksək temperatur və məişət zorakılığının yüksək nisbətləri, hücumlar və doza həddini keçməyə görə xəstəxanaya yerləşdirmə və intihar cəhdləri arasında əlaqəni araşdırıblar.

Vaşinqton Dövlət Universiteti və Çikaqo Universitetinin alimləri istilərin insanların əhval-ruhiyyəsinə və psixi sağlamlığına necə təsir etdiyini anlamağa çalışıblar.

“Düzünü desəm, bununla bağlı çoxlu araşdırma aparılmayıb. İşlərin çoxu insanların idrak tapşırıqlarını yerinə yetirdiyi laboratoriyalarda aparılıb. Mən bu sualı real həyatda müxtəlif  insanlar nümunəsində öyrənmək istəyirdim” – deyə tədqiqatın aparıcı müəllifi, psixoloq Kimberli Meidenbauer deyir.

Araşdırma müəllifləri may ayından sentyabra qədər olan müddət ərzində Böyük Çikaqo şəhər ərazisində sorğu keçiriblər. Bu zaman alimlər ev təsərüffatlarının gəlirlərini, yaxında olan yaşıl parkların mövcudluğunu və “isti şəhər adası” effektini öyrənmək üçün əhalinin siyahıya alınma məlumatlarını analiz ediblər.

Meidenbauer bildirib ki, istilər zamanı impulsiv davranışı etiraf edən insanların sayı narahatedicidir.

“İdeya ondan ibarətdir ki, əgər siz daha impulsivsinizsə, narkotik maddələrdən sui-istifadə və özünə zərər vurmaq da daxil olmaqla, riskli davranışlarla məşğul olma ehtimalınız daha yüksəkdir. İsti hava azaldıqdan sonra belə, impulsivlik bir müddət davam edir. Bu, müəyyən psixi dəlilikdir. “, – psixoloq deyir.

Alimlər hesab edirlər ki, istilik planlaşdırma, özünə nəzarət və emosional fəaliyyət üçün vacib olan beynin prefrontal korteksinə təsir edir.

O deyib ki, isti hava ruhi xəstəliklərin müalicəsində istifadə edilən bir çox psixotrop dərmanlara da təsir edir. Bu da özünə zərər verən amil ola bilər. Bundan əlavə, təcavüzün bəzi növləri impulsiv davranışla əlaqələndirilir.

“Gələcəkdə diqqətimizi hər şeyi sərinlədə bilən infrastruktura yönəltməliyik. Buraya passiv soyutma sistemləri ilə dizayn edilmiş binalar və istilik adasının təsirini azaldan şəhər yaşıllıqları daxildir”, – deyə alim bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ürək üçün faydalı olan səhər yeməyi hansıdır? –

Sonrakı məqalə

“Putinə başa salmalıyıq ki, döyüşdə qalib gələ bilməyəcək” –