İsveç–Azərbaycan oyunu qadın hakimə həvalə olunub

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Solna şəhərində keçiriləcək matçı Fransadan olan qadın hakim idarə edəcək. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək göstərəcək. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, martın 27-də “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.