İsveç Ukraynaya 6,5 milyard avro ayıracaq

İsveç hökuməti və “İsveç demokratları” partiyası Ukraynaya 2024-2026-cı illər üçün 6,5 milyard avro dəyərində üç illik hərbi yardım proqramına dair razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Bununla da, İsveçin Ukraynaya göstərdiyi hərbi və mülki yardımın ümumi məbləği 8,6 milyard avro olacaq.

O da qeyd olunub ki, Ukraynaya dəstək İsveçin müdafiə qabiliyyətinin gücləndirilməsinə xələl gətirməmək və ölkənin yenidən silahlanması da daxil olmaqla, digər zəruri islahatlara mane olmamaq şərtilə göstərilməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.