İsveçdə hicaba görə işdən çıxarılan qadına təzminat ödəniləcək

İsveçdə dini səbəblərlə geyindiyi çadraya görə işlədiyi hava yolu şirkətindən qovulan qadına “ayrı-seçkiliyə məruz qaldığı” səbəbiylə təxminən 14 min dollar (150 min kron) təzminat ödənilməsinə qərar verilib.

Bu barədə İsveçin ayrı-seçkilik üzrə Ombudsmanı Lars Arrhenius bildirib.

Ombudsmanın sözlərinə görə, əmək bazarında bərabərlik və din azadlığı işəgötürənin maraqları ilə ziddiyyət təşkil etməməlidir. O, oxşar hadisələrin qarşısını almaq üçün hava yolu şirkətinin qadına təzminat ödəməsinə qərar verildiyini söyləyib.

Sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ombudsmana şikayət edibmiş.

Azpost.info

Əvvəlki məqalə

“Liverpul” və “Milan” məğlub olub –

Sonrakı məqalə

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanır