İtaliyada 110 mindən çox iş yeri yenidən fəaliyyətə başlayıb

İtaliya hökumətinin karantin şərtlərinin yumşaldılması ilə bağlı qərarından sonra ölkədə 110 mindən çox iş yeri yenidən fəaliyyətə başlayıb.

İlkin olaraq kitab, dəftərxana ləvazimatları və uşaq geyim mağazalarının yenidən açılması ilə başlanan yumşaldılma tədbirlərinin ikinci fazası mayın 4-də tətbiq olunacaq.

İtaliyanın Baş Naziri Cüzeppe Kontenin son keçirdiyi iclasda dediklərinə əsasən, yeni fazada artıq insanların azad hərəkətinin bərpa olunması, tekstil və mebel fabriklərinin işə başlaması nəzərdə tutulub.

Mayın 11-dən məhkəmələrin, mayın 18-dən restoran və barların, mayın 31-dən isə bərbərxanaların fəaliyyəti bərpa olunacaq. Ölkənin futbol çempionatı da mayın 31-dən yenidən davam edəcək. Məktəblər isə böyük ehtimalla sentyabrda yenidən açılacaq.

Bütün iş yerlərində sıxlıq şəraitində maska taxılması məcburi olacaq(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əflatun Amaşov:

Sonrakı məqalə

İran rəsmisi: