İran rəsmisi:“Yoluxanların gerçək sayı rəsmi rəqəmlərdən çoxdur”

“Məhdud test imkanları səbəbindən koronavirusa yoluxanların gerçək sayı rəsmi rəqəmlərdən çoxdur”.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi açıqlayıb.

Ə.Rəisi aşkarlanan yeni halların sayının azalmasının pandemiyanın ölkədə səngiməsi anlamına gəlmədiyini açıqlayıb:

“Hazırkı mərhələdə hədəfimiz virusun yayılma zəncirini kəsməkdir. Ən kiçik laqeydlik yoluxma hallarının pik nöqtəyə çıxmasına və xəstəxanalarda sıxlığa yola aça bilər”.

Qeyd edək ki, İranda koronavirus qurbanlarının sayı 4 777 nəfərdir. Ölkədə indiyədək 76 389 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 014 000-i ötüb. Bunların 491 824 nəfəri sağalıb, 127 594 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada 110 mindən çox iş yeri yenidən fəaliyyətə başlayıb

Sonrakı məqalə

Misir tarixi məkanlarına onlayn turlar təşkil edir