İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişəcək.
“İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər
-Zeynalov Vüqsr Eldar oğlu
– Abddulayeva İlhamə Xanlar qızı
Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş
-Əliyev Azər Ruslan oğlu
– Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş
-Yusifova Sevil Şərif qızı
-Mansurova Firəngiz Dəmirçi qızı