İTV Yayım Şurasına yeni namizədlər irəli sürülüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov və Əzim Talıbovun namizədlikləri irəli sürülüb.

 

***

saat 11.28

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

Mətbuat Şurası Azər Həsrət və Aqil Əlsəgərin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Mətbuat Şurası ilə bərabər digər aidiyyəti qurumlardan da namizədlər irəli sürüləcək. (APA)

Əvvəlki məqalə

“Minsk Qrupunun işi dondurulub”

Sonrakı məqalə

Ekspert Şurası 93 adda preparatla əlaqədar imtina qərarı verib