“İyunun 1-dən əmanətlərin qaytarılmasına başlanılacaq” –Elman Rüstəmov

Amrah Bank”, “Atabank”, “AGBank” və “NBC Bank”da əhalinin təxminən 680 milyon manat əmanəti var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

“Əmanətlərin qaytarılması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondu lazımi prosedurlara başlayıb, onların müəyyən qədər vəsaiti var. Baxmayaraq ki, əmanətçilərə ödənişə başlamaq üçün 3 ay vaxt nəzərdə tutulub, amma yəgin ki, iyunun 1-dən pulların qaytarılmasına başlanılacaq. Həmin vəsaitlər kifayət qədər sabit banklara köçürüləcək. Bununla biz həm də həmin vəsaitləri iqtisadiyyata qaytarıb kreditləşmə üçün potensial yaradacağıq və insanlar həmin potensialdan istifadə edəcəklər”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantin rejimini pozan 49 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Sonrakı məqalə

Fermerlərdən sığorta pulu yığmaq üçün yeni qurum yaradılır