Avropa İttifaqının xarisi siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel Kiyevə rəsmi səfərə gəlib.
Azpost.info xəbər verir ki, Borrelin səfərinin məqsədləri hələlik açıqlanmır.
O, sonuncu dəfə Ukraynaya 2023-cü ilin oktyabrında səfər edib. Həmin vaxt Borrel prezident Vladimir Zelenski ilə görüşüb, həmçinin ölkənin müdafiə naziri Rustem Umerov və Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə müzakirələr aparıb.
Azpost.info