Həbsdə olan jurnalist Əfqan Muxtarlı azadlığa buraxılıb.
Bu barədə Müsavat başqanı Arif Hacılı “Facebook”da məlumat paylaşıb.
“Azadlıq onun haqqı idi. Nəhayət qovuşdu. Ailə üzvlərini, yaxınlarını, silahdaşlarını, onun azadlığına sevinən hər kəsi təbrik edirəm.Bütün siyasi məhbuslara azadlıq!”-deyə, o, əlavə edib.
Qeyd edək ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.