Jurnalist Cəmil Məmmədlinin məhkəməsi təxirə salınıb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə bağlı məhkəmə hazırlıq iclası keçirilib.

Hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda anket məlumatları dəqqiləşdirilib.
Bundan sonra iclas avqtusun 24-nə kimi təxirə salınıb.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Cəmil Məmmədli bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.