Jurnalist Nurlan Ağa vəfat edib

11 Oktyabr 2021 - 14:30

Azərbaycanlı jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.

O, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış. Türkiyədə koronavirusa yoluxan 25 yaşlı jurnalist İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. O, “525-ci qəzet”, “aznews.az” və digər mətbuat orqanlarında çalışıb.