Jurnalist Rafiq Məmmədli vəfat edib

Jurnalist Rafiq Məmmədli vəfat edib.

Azpost.info bildirir ki, bu barədə xaricdə yaşayan telejurnalist Çingiz Sultansoy məlumat verib.

Rafiq Məmmədli uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

O, “Turan” İA, “Azadlıq” qəzetində,  “Monitor” jurnalında, “Bakinski Vedomosti” qəzetində və Azadlıq radiosunun Bakı bürosunda çalışıb.

Rafiq Məmmədli həmçinin İT mütəxəssisi idi.

Allah rəhmət eləsin!

 

Əvvəlki məqalə

İran və Türkiyə XİN rəhbərlərinin telefon danışığı olub

Sonrakı məqalə

Sabaha olan hava proqnozu