Jurnalistlərin fəaliyyətinə müdaxilə edənlər 600 manat cərmilənəcək

Audioviziual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə yeni cərimələr formalaşır.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, buna görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin, İXM-a əsasən, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklə proqrama müstəsna yayım hüququ əldə etmiş audioviziual yayımçıdan başqa, digər audioviziual yaymçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Əvvəlki məqalə

“Kiyev may ayında əks-hücuma keçməyi planlaşdırır”

Sonrakı məqalə

İnsanlar qeybət etməyi niyə sevirlər?