Jurnalistlərin Laçına səfəri başlayıb

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

Səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərəzilərə baş çəkəcəklər.

Jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işlərilə yaxından tanış olacaq.

Həmçinin Laçının Zabux və Sus kəndlərinə də səfər ediləcək.

Əvvəlki məqalə

“Mançester Siti” “Nottinqem Forest”i darmadağın edib

Sonrakı məqalə

ABŞ Rusiya və Çinə çip satışını məhdudlaşdırıb