Kəlbəcər və Laçındakı hərbi hissələrin təminatı fasiləsiz təşkil olunur- VİDEO

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə MN-dən bildirilib. Xəbərə görə, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.