Kəmaləddin Heydərov ölkədə iqlimin dəyişdiyini bildirib

Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”.

Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

O deyib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: “Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb və proses hər zaman davam edir”.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya İrəvan və Bakı ilə konstruktiv işi davam etdirir” –

Sonrakı məqalə

Rusiya apteklərindən 1300 adda xarici dərman “yoxa çıxıb”