“Kənd təsərrüfatı bazarını yenidən bölüşdürür, Rusiyanı kənarda saxlayırlar”– Moskva ABŞ-ı ittiham etdi

“ABŞ Rusiyanı ərzaq ticarətindən sıxışdırıb çıxarmağa çalışır”.

Azpost.info xəbər verir ki, bu iddia ilə Rusiyanın ABŞ-dakı səfirliyi çıxış edib.

“ABŞ hökumətinin Rusiyanın Ukraynadakı hərəkətlərinin taxıl ixracına mane olması və qlobal ərzaq böhranına gətirib çıxaracağı barədə bəyanatları Vaşinqtonun qlobal kənd təsərrüfatı bazarını yenidən bölüşdürmək niyyətindən xəbər verir”, – səfirlikdən bildiriblər.

Diplomatik nümayəndəlik əlavə edib ki, ABŞ-ın sanksiyaları səbəbindən ştatlar kənd təsərrüfatı məhsullarının alınmasında çətinliklərlə üzləşirlər: “Məsuliyyət Qara dəniz ərazisini minalayan Kiyev hökumətinin üzərinə düşür. Biz bu cür bəyanatları ABŞ-ın qlobal aqrar-sənaye bazarını yenidən bölüşdürmək səylərinin sübutu kimi qiymətləndiririk və bu, Rusiyanın ərzaq ticarəti sahəsindən kənarda qalmasını nəzərdə tutur”.

Səfirlik bildirir ki, ABŞ sanksiyalardan Rusiyanın xarici dünya ilə ticarət-iqtisadi əlaqələrinə mane olmaq üçün istifadə edir: “Birləşmiş Ştatlar təchizat zəncirlərini daha da zəiflətməyə hazırdır. Nəticədə idxalçı dövlətlər kənd təsərrüfatı məhsullarının əldə edilməsində ciddi çətinliklərlə üzləşirlər”.

Azpost.info

Əvvəlki məqalə

“Böyük səs-küy və narazılıq ola bilərdi”

Sonrakı məqalə

“Builki plan yerləri ötən illə müqayisədə 4000 çoxdur” –