Bazar və mağazalardan heç vaxt kəsilmiş qarpız almayın.
Azpost.info xəbər verir ki, qida mütəxəssislərinə görə, kəsilmiş qarpız və ya yemiş sağlamlıq üçün təhlükəli ola bilər.
Belə ki, açıq havada saxlayarkən meyvənin pulpasında patogen mikroorqanizmlər inkişaf edir. Unutmayın ki, insanlar bu cür meyvələrə heç də həmişə təmiz əllərlə toxunmurlar. Bundan başqa, bıçaq meyvəyə mikrob və kir daxil edə bilər.
“Qarpızın bütövlüyü pozulduqda bu ona mikroorqanizmlərin nüfuz etməsinə şərait yaranır. Bu səbəbdən satış nöqtəsində qarpız və yemiş kəsmək olmaz. Kəsmək üçün istifadə edilən bıçaq da infeksiya mənbəyi ola bilər”, – mütəxəssislər xəbərdarlıq edir.
Qarpızı kəsməzdən əvvəl onu ilıq su ilə yumaq və dəsmalla silmək tövsiyə olunur.
Azpost.info