Məktəbin həyəti şagird yerinə itlə doludur

İt
İt

Son zamanlar Sumqayıtda küçə itləri ilə bağlı vəziyyət getdikcə təhlükəli hal alır. Xüsusilə məktəb yaxınlığında sərbəst şəkildə dolaşan itlər azyaşlı uşaqlar üçün real təhlükəyə çevrilib. Valideynlər narahatdır, çünki aidiyyəti qurumlar xəbərdarlıqlara baxmayaraq hələ də ciddi tədbir görməyib.

Milli.Az xəbər verir ki, Sumqayıt şəhərinin 6-cı mikrorayonunda yerləşən 27 nömrəli tam orta məktəbin həyətində sərbəst dolaşan küçə itləri şagirdlər üçün təhlükə mənbəyinə çevrilib.

Sakinlər bildirirlər ki, məktəbin ətrafında və binanın həyətində itlər sürü halında gəzir, bir neçə dəfə məktəblilərə hücum cəhdləri qeydə alınıb.

Valideynlər və yerli əhali uşaqların həyatının risk altında olduğunu bildirir və məsuliyyətli qurumlardan dərhal tədbir görülməsini gözləyirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.