Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub –Düşmən susdurulub (RƏSMİ)

İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Əvvəlki məqalə

Azərbaycanda Qurban bayramı qeyd olunur

Sonrakı məqalə

Azərbaycanda bayram namazı qılınıb