Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub- Müdafiə Nazirliyi

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”, MN-dən bildirilib.

Əvvəlki məqalə

“Wolt”un Azərbaycanda 32 min manatdan çox vergi borcu yığılıb

Sonrakı məqalə

“Kino üçün pulun belə bölünməsi bizə hörmətsizlikdir…Bu bölgünü kim aparıb?” –