Kəlbəcərdə şəhid olan hərbçi Siyəzəndə dəfn edilib –FOTO( YENİLƏNİB)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu dəfn olunub.

Şəhidinin nəşi Siyəzən rayonuna gətirilib. O, doğulduğu Zarat kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

**

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə vida mərasimi keçirilir.

Şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Evin tək oğlu olan A. Əliyevin hərbi xidmətinin başa çatmasına 20 gün qalmışdı.

Asif Əliyev Vətən müharibəsinin iştirakçısı olub, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidin atası Adil Əliyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib” –

Sonrakı məqalə

Ağdamda “Azərişıq”ın əməkdaşları bıçaqlanıb –