Kəndlərdə qonaqlara kirayə verilən evlərin sayı artırılacaq

Turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

İşin əsas icraçısı Dövlət Turizm Agentliyidir.

İlkin olaraq kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planı həyata keçiriləcək.

2023-2025-ci illərdə 8 kənddə turizm əlaqəli infrastruktur işlərinin görülməsi, ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artması nəzərdə tutulub.

Əvvəlki məqalə

Rusiyanın müdafiə naziri İstanbula gəlib

Sonrakı məqalə

Özbəkistan Pakistanla təhlükəsizlik komissiyası yaradır