“Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb”- Vəkil (FOTO)

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb.

Bunu Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.