Kanada Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya verəcək

Kanada ələ keçirilən Rusiya aktivlərini Ukraynanın bərpasına yönəltmək niyyətindədir.

Azpost.info xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli bildirib. Bunun üçün Kanada hökuməti sanksiyalar aktına düzəlişlər edəcək.

Nəticədə müsadirə edilmiş və sanksiyaya məruz qalmış xarici aktivlərdən savaş qurbanlarına kompensasiya ödəmək və ya dövlətin bərpasına kömək üçün istidadə olunacaq.

Qanun layihəsində qeyd olunur ki, həbs edilmiş aktivlər beynəlxalq sülh və təhlükəsizliyin ciddi şəkildə pozulması nəticəsində zərər çəkmiş xarici dövlətin bərpası və qurbanlara kompensasiya verilməsi üçün istifadə oluna bilər. “Sanksiya altında olan fiziki və hüquqi şəxslərin aktivlərinin müsadirə olunub zərərçəkənlərə ödənilməsinə imkan yaratmağa çalışırıq”, – XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Kanada məlum tədbirə əl atan ilk G7 ölkəsi olacaq.

Azpost.info

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyinin sabiq Xidmət rəisinin həbs müddəti azaldıldı

Sonrakı məqalə

Ədalətli mühakimə üçün qurulan “yol xəritəsi”