“Karantin ölkədəki iqtisadi vəziyyətə ciddi təsir göstərə bilər” –Vahid Əhmədov

“İqtisadiyyatı buraxmağın vaxtı çatıb, karantinin davam etməsi ölkədəki iqtisadi vəziyyətə ciddi təsir göstərə bilər”.

Bunu millət vəkili Vahid Əhmədov deyib.

Deputat eyni zamanda, karantin rejiminin tədricən yumşaldılmasının tərəfdarı olduğunu bildirib: “Dövlət başçısının son vaxtlar bir neçə dəfə bəyan etdiyi kimi, insanların sağlamlığı mühüm əhəmiyyət kəsb edir. Və bu danılmazdır. Bununla birlikdə, biz evdə uzun müddət oturub işləməməklə özümüzün lüksünü, rahatlığını təmin edə bilmərik. Dövlət, müəssisələr, kiçik və orta sahibkarlıq, elə vətəndaşların boş qalmaları da ziyan gətirir. Buna görə bizə ölkədəki iqtisadi vəziyyəti tədricən canlandırmaq lazımdır. Düşünürəm ki, bu istiqamətdə karantin rejimini tədricən yumşaldan Avropa ölkələrinin təcrübəsini izləmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu günə olan hava proqnozu

Sonrakı məqalə

“Soyuducum həmişə boşdur, qarnı üçün əlləşənləri başa düşmürəm” –