Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova işdən çıxarılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə dekabrın 28-dən xitam verilib.
Qeyd edək ki, N. Məmmədova bir müddət əvvəl karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil edib. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilmiş, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.
Bununla yanaşı, N. Məmmədova xüsusi karantin rejiminin tələblərini pozduğuna görə müvafiq qaydaya cərimə olunmuşdu.