Keçmiş deputat oğlunun namizədliyindən danışdı

“Yeni Azərbaycan Partiyasına oğlumun deputatlığa namizədliyini irəli sürüb etimad göstərməsinə görə təşəkkür edirəm. Hər halda, bu, partiyanın qərarıdır. Belə bir qərarın verilməsinə hörmətlə yanaşıram”.

Bu barədə Modern.az-a keçmiş deputat Qalib Salahzadə oğlu Əliabbas Salahzadənin YAP tərəfindən deputatlığa namizədliyinin verilməsinə münasibət bildirərkən deyib.

Qalib Salahzadə oğlunun deputat seçiləcəyi təqdirdə daha yaxşı işləməsini arzuladığını da qeyd edib:

“Bir ata olaraq övladımın ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməsini istəyərəm. YAP tərəfindən oğlumun namizədliyinin irəli sürülməsi mənim üçün xoşdur. Belə bir təşəbbüsün verilməsi mənim səlahiyyətim daxilində deyil. Qərarı YAP özü verib. Əliabbas 10 ildən çoxdur ki, İcra Hakimiyyətində çalışır. İnsanlarla işləmək bacarığı var. Əgər müsbət halları görüb kimsə dəyərləndirirsə, mənim nəsə deməyimə ehtiyac yoxdur”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında keçmiş deputat Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də var. O, Sabunçu Rayon İcra Hakimiyyətinin işçisidir.

Əliabbas Salahzadənin namizədliyi 27 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsinə 3 milyon manat ayrılıb

Sonrakı məqalə

“MİQ-29″un mərhum pilotu Rəşad Atakişiyevin ailəsinə medal təqdim olunub –