Keşiş Paşinyanın istefa verməsi üçün vaxt verdi

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının başçısı, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyana istefa verməsi üçün saat 20.00-dək vaxt verib.

Azpost.info bildirir ki, bu tələb İrəvanda keçirlən “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi ictimai etiraz toplantısında səsləndirilib.

Arxiyepiskop əvvəl Paşinyanın 1saat ərzində istefasını tələb edib. Qalstanyan bir saat ərzində Paşinyanda görüşməyə və onun istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.

Müddət başa çatdıqdan sonra Qalstanyan növbəti tədbirləri təqdim edəcəyinə söz verib.

Əvvəlki məqalə

Ukraynada ümumi səfərbərlik daha 90 gün uzadılıb

Sonrakı məqalə

Nikol Paşinyan istefa verməyib, keşiş gecəni meydanda qalmağa çağırıb