Yaponiyanın yeni baş naziri Şiqeru İşiba Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanan Yaponiya vətəndaşlarının problemini həll etmək üçün Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib.
Azpost.info xəbər verir ki, İşiba bunu zərərçəkənlərin ailələri ilə görüşdə deyib.
“İki dövlətin liderlərinin böyük mənzərəni görmələri və bir-birlərinə öz mövqelərini açıq şəkildə bildirmələri çox vacibdir”, – Baş nazir bildirib.
Parlamentdə ilk çıxışı zamanı İşiba sələflərindən fərqli olaraq Kim Çen Inla görüşməyə hazır olduğunu qeyd etməmişdi.
Azpost.info