Kişi küçədə tapdığı 16 min avronu sahibinə qaytardı

Almaniyada bir kişi küçədə tapdığı 16 min 400 avronu sahibinə qaytarıb.

Azpost.info “Bild” qəzetinə istinadən bildirir ki, bazar günü axşam saatlarında 55 yaşlı kişi Lübek polisi ilə əlaqə saxlayıb. O, küçədə yerli məktəbin yaxınlığında çanta tapdığını deyib. Çantanın içində şəxsiyyət vəsiqəsi və 16.400 avro dəyərində bir dəst nağd pul olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal sənədin sahibi ilə əlaqə saxlayıblar. Pulun uşaqları həndbol turnirinə gətirən əcnəbi məktəbin müəllimə məxsus olduğu üzə çıxıb. İtirilən məbləğ onların xaricdə xərclərinin ödənilməsi üçün nəzərdə tutulubmuş.

“Bu günlərdə biz nadir hallarda belə vicdanlı və cəsarətli insanlarla qarşılaşırıq” deyə Lübeck polisinin sözçüsü Ulli Fritz Gerlac deyib. Onun sözlərinə görə, 55 yaşlı kişi mükafatdan imtina edib və polis şöbəsini tərk edib.

Əvvəlki məqalə

Ərdoğan 44 günlük müharibədə Türkiyənin dəstəyindən danışdı

Sonrakı məqalə

“Bu qərar mənə qarşı “əcinnə ovu”na son qoyacaq” –