“Kitabıstan” Avropanın “EU Read” birliyinin üzvü seçilib

Oktyabr ayının 9-da “Kitabıstan” Avropada mütaliəni təşviq edən “EU Read” beynəlxalq birliyinin üzvü seçilib

Bu barədə kitab tərcüməsi və nəşri ilə ilə məşğul olan “Kitabıstan”dan Azpost.info-ya məlumat verilib.

Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadənin verdiyi məlumata görə, Kitabıstanın “EU Read”ə üzvlüyü sentyabr ayının 9-da rəsmi şəkildə təsdiqlənib: “Məlum olduğu kimi, Kitabıstan maarifçilik sahəsində fəaliyyət göstərir. Biz bəşəri dəyərlərə əsaslanan kitablar nəşr edir, həm də mütaliəni təşviq edirik. Hesab edirəm ki, elm, tədqiqat və kitab oxumağın təşviqi üçün sərhədlər olmamalıdır. Buna görə də Avropada mütaliəni təşviq edən “EU Read”in üzvlüyünə qəbul edilməyimiz bizim üçün əhəmiyyətlidir. Kitabıstanın konsepsiyasında da qeyd edildiyi kimi, mədəniyyətlərarası dialoq bizim əsas hədəflərimizdəndir. Düşünürəm ki, Kitabıstanın “EU Read” üzvləri ilə əməkdaşlıq perspektivi fəaliyyətimizdə səmərəliliyi daha da artıracaq. Elm, mədəniyyət, tədqiqat və təcrübə mübadiləsi istiqamətində əməkdaşlığa hər zaman açığıq”.

Qeyd edək ki, “EU Read” savadsızlıqla mübarizə aparan, mütaliəni təşviq edən 23 Avropa ölkəsindən üzvü olan birlikdir. Bu birliyin əsas məqsədi bilik, təcrübə, fikir mübadiləsi aparmaq və oxumağın təşviqi üçün yeni strategiyaların birgə işlənib hazırlanmasıdır. Bu istiqamətdə “EU Read” üzvləri mütəmadi olaraq bilik, təcrübə və fikir mübadiləsi, eləcə də yerli və Avropa səviyyəsində mütaliənin təşviqi üçün birgə çalışmaqdadır.

Onu da əlavə ki, Kitabıstan kitab tərcüməsi və nəşri ilə yanaşı “KITABISTAN TALKS” layihəsi çərçivəsində elmi konfranslar təşkil edir, araşdırma filmləri hazırlayır, fərqli ölkələrin inkişaf modellərini təqdim etmək üçün müsahibələr alır, sosial sorğular keçirir.

Əvvəlki məqalə

HƏMAS-ın hücumu nəticəsində 800 İsrail vətəndaşı həlak olub

Sonrakı məqalə

ABŞ Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərib