KİVDF-də kadr dəyişikliyi

- 7 əməkdaş işdən çıxarıldı
13 Aprel 2020 - 17:20

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov rəhbəri olduğu qurumda bir sıra təyinatlar edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ə.İsmayılov rəhbəri olduğu qurumun 7 əməkdaşını işdən çıxarıb.

İcraçı direktorun müvafiq əmri ilə işdən çıxarılanların yerinə təyinat olub.

Azpost.info bildirir ki, KİVDF-dəki işindən gedən Samir Mustafayev yazdığı statusunda 2014-ci ilin iyun ayından etibarən – 6 il müddətində işlədiyi aparıcı məsləhətçi vəzifəsindən çıxdığını bildirib.

“KİVDF-nin yeni rəhbərliyinin yeni komanda formalaşdırmaq qərarını isə tamamilə normal, səmimi, işin xeyrinə olan addım kimi qarşılayaraq uğurlar arzuladım. Eyni zamanda, Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərimi, xüsusilə də bina sakinlərini narahat edən məsələləri, qayğıları yeni rəhbərliyin diqqətinə çatdırdım. Ümidliyəm ki, yeni yanaşmalar və baxışlar ortaya qoyulacaq”-deyə S.Mustafayev vurğulayıb.