“Kiyev danışıqlar üçün İstanbulu Qərbin təzyiqi ilə seçib” –LUKAŞENKO

“Ukraynanın danışıqları Türkiyədə aparmasını Qərbin Kiyevə Belarusa getməməsi ilə bağlı təzyiqi kimi qiymətləndirirəm”.

Azpost.info bildirir ki, bu sözləri Belarus prezidenti Lukaşenko BELTA-ya müsahibəsində deyib.

“İstanbul Qərbin Ukraynaya təzyiqidir ki, heç bir halda Belarusa getməsin. Onlara Belarusda sülhməramlı missiya lazım deyildi. Plana əsasən bizi Rusiya ilə bir səbətə qoydular. Onların fikrincə, Belarusda nə sülhməramlı platforma?! Onun İstanbulda-NATO dövlətində olması lazımdır”-deyə prezident bildirib.

Lukaşenko deyib ki, danışıqların Belarusda keçirilməsində israrlı deyil: “Qoy danışıqlar İstanbulda aparılsın. Əsas odur ki, nəticə olmalıdır. Çünki müharibə Belarus üçün böyük ziyandır”.

Əvvəlki məqalə

Rusiya oliqarxları lüks yaxtalarını Maldiv adalarında gizlədir –

Sonrakı məqalə

Lavrov Kiyevi İstanbul razılaşmalarını pozmaqda ittiham edib