Rusiya oliqarxları lüks yaxtalarını Maldiv adalarında gizlədir –“Reuters”

Rusiyalı oliqarxlar lüks yaxtalarını Maldiv adalarında gizlədirlər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, oliqarxlar bu yolla yaxtalarını həbsdən qorumağa çalışırlar: “Artıq onların bəzilərində olduğu yeri göstərən funksiya deaktiv edilib. Martın 9-da kömür və gübrə istehsalı üzrə aktivlərin sahibi Andrey Melniçenko Avropa İttifaqının sanksiyalar siyahısına salındı. Ertəsi gün onun Maldiv adaları yaxınlığında yerləşən “Motor Yacht A” adlı yaxtası yerini yayımlamağı dayandırdı. Bu cihazların söndürülməsi yaxtaları səlahiyyətlilərdən gizlədə bilir”.

“MarineTraffic”in məlumatına görə, daha üç yaxta hazırkı yerini gizlədib: “Ya elan edilmiş istiqamətlərini dəyişib və ya beynəlxalq sulara üz tutub”.

Maldiv adalarının baş prokuroru Hüseyn Şamim bildirib ki, yerli qanunlara uyğun olaraq, cinayətin törədilmədiyi təqdirdə, yaxtaları həbs edə bilməzlər.

Azpost.info

Əvvəlki məqalə

“Müharibə olacağını bir ay əvvəldən bilirdik, xalqa desəydik, uduzardıq” –

Sonrakı məqalə

“Kiyev danışıqlar üçün İstanbulu Qərbin təzyiqi ilə seçib” –