Lavrov Kiyevi İstanbul razılaşmalarını pozmaqda ittiham edib

Ukrayna dünən Rusiya ilə müqavilə layihəsini təqdim edib və bu layihədə İstanbuldakı görüşdə müəyyən edilmiş müddəalardan kənara çıxılıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukrayna əvvəl təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz verib, lakin sazişin yeni variantında bu bənd yoxdur.

O həmçinin, hərbi təlimlərlə bağlı razılaşdırılmış müddəanın Ukrayna tərəfindən dəyişdirildiyini qeyd edib.

“Ukrayna yeni müqavilə layihəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış müddəanı dəyişdirib. Həmin müddəada Rusiya Federasiyasının razılığını alınmasının vacibliyi qeyd olunmayıb”,- Lavrov deyib.

Əvvəlki məqalə

“Kiyev danışıqlar üçün İstanbulu Qərbin təzyiqi ilə seçib” –

Sonrakı məqalə

Paşinyan müharibədə Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqlayıb