Kiyev Azərbaycan və Slovakiyaya Rusiya qazının öz ərazisi vasitəsilə Avropa İttifaqına nəqlinə alternativ olan sxem təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə RBC-Ukrayna mənbələrə istinadən yazır.
Ukrayna tərəfinin təklif etdiyi variantda Bakı və Bratislava Ukraynanın qaz nəqli sisteminin obyektlərinin atəşə tutulmasının yolverilməzliyi ilə bağlı Moskva ilə razılaşarsa, enerji resursları tranzitini davam etdirəcək.
Bu sxemdə Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi təklif edilir.
Azpost.info