“Kiyev və Moskvanın mövqeləri bir-birindən uzaqdır”- ORBAN

Putinlə Ukraynada sülhün əldə olunmasını və bunun üçün ən qısa yolu müzakirə etdik.

Bunu Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra bildirib.

Orban deyib ki, o, üç mühüm məsələ ilə bağlı Putinin fikrini eşitmək istəyib və eşidib: “Prezident atəşkəs və sülh danışıqları haqqında nə düşünür, onların hansı ardıcıllıqla keçirilə biləcəyi və hərbi münaqişədən sonra Putinin Avropaya baxışı necədir? Kiyev və Moskva səfərlərindən sonra başa düşdüm ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır”.

Macarıstan lideri deyib ki, o, Rusiya prezidentinə Zelenskinin atəşkəs təklifinə reaksiyası barədə danışıb.

Orban Kiyev və Moskvaya səfərlərindən sonra münaqişənin həlli istiqamətində səylərini davam etdirəcəyini də qeyd edib(apa).

Əvvəlki məqalə

İlham Əliyev Hakan Fidanla nələri müzakirə edib?

Sonrakı məqalə

MEDİA-da onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub