Kiyevlə London arasında təhlükəsizlik sazişi nəyi nəzərdə tutur?- Liderlərdən ilk AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski və Britaniya Baş naziri Rişi Sunak ölkələr arasında ikitərəfli təhlükəsizlik razılaşmasının nə demək olduğunu izah ediblər.

Azpost.info xəbər verir ki, Sunak bildirib ki, bu sənəd hazırda əllərində olan təhlükəsizlik tənzimləmələrini rəsmiləşdirir.

“İkincisi, bu, dəstəyin uzunmüddətli olmasını təmin edir ki, Rusiya Ukrayna ilə birlikdə olduğumuzu başa düşsün”, – Sunak deyib.

Britaniya Baş naziri onu da qeyd edib ki, hazırkı müharibə bitdikdən sonra yeni hücumun qarşısını alan üçüncü komponent var: “Rusiya yenidən hücuma keçərsə, biz Ukraynaya sürətli və etibarlı təhlükəsizlik dəstəyini, quruda, dənizdə və göydə müasir silahları (müdafiə üçün) və iqtisadi dəstəyi təmin edəcəyik. Həmçinin Rusiyaya baha başa gələcək sanksiyalar tətbiq edəcəyik. Bu məsələdə aydın və mühüm öhdəlik var”.

Zelenski də öz növbəsində bildirib ki, saziş Rusiya təcavüzünün təkrarlanması halında tərəfdaşlarla məsləhətləşmələr üçün vaxt nəzərdə tutur: “Bu, bizim tərəfdaşlarımızın rəsmi öhdəliyidir. Əgər Rusiyanın təcavüzü təkrarlanarsa, müvafiq müddət verilir ki, bu müddət ərzində tərəfdaşlarımızla bu razılaşma ilə bağlı məsləhətləşirik”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.