Köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub –

Xəsarət alanlar var
29 Mart 2021 - 13:58

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan, məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

FHN xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.